19 İyun 2020 16:27
2 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov "MTV Azərbaycan" kanalına qonaq olub.

Teleqraf.com xəbər verir ki, aparıcının "Sosial şəbəkələrdə yazırlar, bahalı evinizi və geyimlərinizi müzakirə edirsiniz" sualına o, belə cavab verib:

"Allah hər kəsə ev qismət eləsin. Əziyyətlə çalışıb, ev almışam. Və istəyirəm ki, evimin hər tinində şəklim olsun. Daşı-daş üzərinə qoyarkən nə qədər əziyyətlə etdiyini görürsən. Bəzən deyirlər, bahalı geyinir. Vallah, bahalı geyinmirəm, sadəcə zövqlə geyinirəm. Bahalı geyimi də alın tərimlə qazanıram. Bunu heç kimin cibinə girməklə eləmirəm. Qoy yazsınlar, amma geyimim bahalı deyil.

Evimə gəlincə, sadəcə zövqlə hazırlanıb. Niyə demirlər ki, halalın olsun, sənin keçmişini bilirik, bunu necə əziyyətlə qazandığından xəbərimiz var... Hər bir insanın əziyyətinə qiymət vermək lazımdır".

Müğənni deyib ki, keçmiş şəkillərinə baxa bilmir: "Keçmişimlə bağlı şəkillərimə baxa bilmirəm, kompleks keçirirəm. Əvvəlki görünüşümdən razı deyiləm. İndi idmanla çox məşğul oluram. Bədən quruluşumun üzərində çox işləyirəm".

Zamiq Hüseynov kiçik yaşlı oğlundan söz düşəndə bildirib ki, ailəsi haqqında danışmaq istəmir: "Ata olmaq gözəl hisdir və arzu edirəm ki, hamının övladı olsun".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər