22 İyun 2020 12:14
2 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında qonaq olub.

Teleqraf.com xəbər verir ki, Ayan Babakişiyeva şəxsi həyatı haqqında maraqlı açıqlamaları ilə diqqət çəkib.

Müğənni "Bağışlamayacağın insan varmı?" sualına belə cavab verib: "Əslində, yoxdur. Heç kimin günahını üzərimə götürmək istəmirəm".

"Müğənni, yoxsa evdar xanım olmaq?" sualına isə o, "İstər müğənni ol, istər də evdar xanım ol, amma ər çörəyi ye..." deyə, cavab verib.

Ayan Babakişiyeva kişilərdə bəyənmədiyi xüsusiyyətlərdən də söhbət açıb: "Boş-boş yalandan deməyəcəm ki, kişilərin xəyanət etməsi xoşuma gəlmir. Çünki bu gün qadınlar da xəyanət edir. Amma sərhəd və qadağalar qoymaqları xoşuma gəlmir. Çünki bəlli bir yaşa qədər gəlib çatmışam, uşaq deyiləm. Ona görə də sərhədlər mənim üçün önəmli deyil.

İkincisi, boş-boş vəd vermək, amma həqiqətdə hərəkət etməməkdir. Buna da nəinki mən, heç bir ağıllı qadın inanmaz. Üçüncüsü, əsl kişi xarakterli olmalıdır".

"Həyatında neçə dəfə sevmisən?" sualını müğənni "Susmaq haqqımdan istifadə edirəm" deyə, cavablandırıb.

"Sevgi üçün hara qədər getmisən?" sualına cavabda Ayan Babakişiyeva deyib: "Bir dəfə sevgi üçün getmişəm. Ondan sonra sevgi üçün mübarizə aparmaq istəmirəm. Artıq düşünmürəm ki, sevgi üçün ağlımı itirərəm. Həyatımda hər zaman sevgi olub"

Müğənni intihar etmək istədiyini də etiraf edib: "Bu gün sosial şəbəkələrdə ünvanıma yazırlar ki, güclü qadınsan. Amma bir gün qadın güclü olmaqdan bezir və artıq xoşbəxt qadın olmaq istəyir. Hansısa xəyalları qurursan, hansısa nağıllara inanırsan, sonra xəyalların puç olur və küncə sıxılırsan, özün öz kölgəndən qorxursan. Yaşamağa gücün çatmır və artıq canına qəsd edə bilərsən. Və eşidirsən ki, canından bir parça var, nəfəs alır. Və sən sadəcə nəfəs alırsan.

Həyatımı qızım Selena xilas edib. Əlbəttə ki, intihara əl atmaq yanlış bir qərardır. Sadəcə, özünü toplamalısan, güc tapmalısan. Mənim üçün heç kimin fikri önəmli deyil. Xalqın gözünü bir nəfər açmalı idi, o, da Tarix (Tolik) Əliyev oldu. Tanınmış insanlar insanların gözünü açmasaydılar, onlar elə biləcəkdikər ki, yenə səhv məndədir.
Mən danışsaydım, susmayacaqdım, bəlkə də davamı gələcəkdi".

Ayan Babakişiyeva həmkarı Natavan Həbibi ilə küslü olduğunu bildirib:

"Övladı haqda paylaşımı qabağıma çıxsa yenə də sosial şəbəkədə yazaram ki, Allah saxlasın. Artıq kiminləsə intriqa aparmaq yaşım deyil. Bilmirəm münasibətimiz niyə belə oldu?"

Qeyd edək ki, Ayan Babakişiyevanın Selena adlı qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər