23 İyun 2020 11:22
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı haqqında etirafı ilə təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan "Bizimləsən" verilişində keçmiş həyat yoldaşının övladlarını ondan almaq istədiyini açıqlayıb:

"Mən oğluma savad verdim, çörək qazanmağa sənəti var. O, heç vaxt ac qalmaz. Oğlum İqtisadiyyat Universitetini, qızım isə Bakı Dövlət Universitetini bitirib. Övladlarımı özümdən uzaqlaşdırsaydım, bunların heç birinə nail ola bilməyəcəkdilər. Mübarizə aparıb övladlarımı həyat yoldaşımdan aldım. Bir qartal kimi dəfələrlə gedib balalarımı dartıb gətirmişəm. Hətta anam da deyirdi ki, uşaqları ver, ataları baxsın. Övladlarımı əlimdən almaq istəyirdilər.

Bəzi insanlar əzab vermək üçün prinsipə düşür. Bilir ki, sənin zəif yerin övladındır. Şükürlər olsun, balalarım heç vaxt atasızlığı hiss etməyiblər.

Mən başımı aşağı salıb öz işimlə məşğul oluram. Heç bir dedi-qoduya fikir vermirəm. Ömür boyu gicitkəndən köynəklər toxuyuram. Danışmıram, toxuyub geyindirirəm, tilsimə keçmiş qu quşlarına..."


Müəllif: Rəqsanə Həsənova