Türkiyənin məşhur prodüser və aparıcısı Acun Ilıcalı keçmiş həyat yoldaşı Şeyma Subaşı ilə bir araya gəlib.
Teleqraf. com xəbər verir ki, qızı Melisa ilə Bodrumda istirahət edən Şeyma Subaşı Acun Ilıcalı ilə restoranda görüşüb.
Axşam yeməyində bir araya gələn məşhur ikilinin görüntüsü sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Acun Ilıcalı Şeyma Subaşı ilə 15 ay rəsmi evli olub. Cütlüyün bir qızı var.