7 Oktyabr 2014 19:52
1 104

Türkiyənin "Qalatasaray" klubun futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau son vaxtlar haqqında gəzən şayələrə cavab verib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Sneyderə xəyanət etdiyi iddia edilən Yolante sosial şəbəkədə paylaşdığı fotolarla bu xəbəri yayanları susdurmağı bacarıb.

O, paylaşdığı fotonun altında "Bütün məsələ sevildiyini hiss etmək və əylənməkdir. Həyat yoldaşımı çox sevirəm" yazıb.

Həmin fotoları təqdim edirik:

Uğur


Müəllif: