Türkiyəli məşhur aktyor Necati Şaşmazın siyasətə qatılacağı iddia edilib.
Teleqraf.com xəbər verir ki, Necati Şaşmaz Milliyyətçi Hərəkat Partiyasının (MHP) millət vəkilləri Lütfi Kaşıkçı, Ahmet Erbaş ilə görüşüb.
Bu isə sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Görüşdən sonra Necati Şaşmazın siyasətə qoşulduğu iddiaları yayılıb.
Qeyd edək ki, Necati Şaşmaz "Kurtlar Vadisi" serialında Polat Alemdar obrazı ilə məşhurlaşıb.