Aktyor Kaan Yıldırımla münasibətini mətbuatdan uzaq tutan müğənni Hadisə hərəkəti ilə hər kəsi təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, karantin rejimində tez-tez sevgilisinin Ulusda yerləşən evinə gedən Hadisə avtomobilini dəyişib.
Müğənni ucuz və diqqət çəkməyən avtomobil alıb. Onun mətbuat nümayəndələrinə görüntülənməmək üçün belə bir addım atdığı deyilir.
Qeyd edək ki, Hadisə beş aydır Kaan Yıldırımla sevgilidir.