27 İyun 2020 10:10
2 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımovanın köməkçisi koronavirusa yoluxub.

Teleqraf. com xəbər verir ki, Aygün Kazımova İnstaqramda video paylaşaraq karantində olduğunu açıqlayıb.

"Birinci köməkçimi koronavirusa yoluxdu, sonra anası və bacısı. Həmin müddətdə mən də karantində oldum. Canım dostumuz Bəhram Bağırzadəyə Allah şəfa versin. Sağ olsun Birinci vitse-prezident Mehriban Əliyeva onun səhhəti ilə yaxından maraqlanır. Allah hər bir azərbaycanlını qorusun. Bu vəziyyətdə ən böyük yük rəhbərimizin üzərinə düşür. Burdan sənət dostlarım adından deyirəm ki, cənab prezident İlham Əliyev biz sizinləyik, sizi sevirik. Biz hər zaman sizin yanınızdayıq!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər