27 İyun 2020 12:56
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva "Hüseynova bacıları" verilişindəki açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, yaxın günlərdə ağciyərində şiş tapılan Tünzalə Əliyeva yaşadığı çətinliklərdən danışıb.

O, artıq çəki itirdikdən sonra telekanallar tərəfindən işə götürülmədiyini deyib:

"Aktrisa kimi hər şey sıfıra döndü. Mən efirə kök olaraq lazım imişəm".

Aktrisa həyat yoldaşının ona dəstəyindən də danışıb: "Mən o xoşbəxt qadınlardanam ki, yanımda əsl Azərbaycan kişisi var".

Qeyd edək ki, Tünzalə Əliyeva Röyal adlı şəxslə evlidir. Cütlüyün bir övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər