29 İyun 2020 16:40
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə koronavirusa yoluxmamaq üçün insanları məsuliyyətli olmağa səsləyib.

Teleqraf.com-a açıqlamasında o, bu sözləri deyib:

"Hər kəsin öz ağlı var. Tövsiyəni ancaq ailəmə verə bilərəm. Altı aydır işləmirik, bundan sonra başqa çətinliklər başlaya bilər. İnsanlar yoxsullaşa, kasıblaşa bilərlər. Hər şey müəyyən həddə qədər olur. Sonra barmaq sümüyə dirənir, yoxsullaşma gedir. Sənət adamları, o cümlədən mən bir çox aztəminatlı ailələrə kömək elədik.

Hazırda toy yoxdur, biz də qazanmırıq. Bütün obyeklər, iş yerləri bağlıdır. Vəziyyət çətinləşir, insanlar ac qalarsa faciə baş verə bilər. Faciənin qabağını almalıyıq. Düşünmək lazımdır ki, sonu faciə ilə bitməsin. Azdan-çoxdan dolanırıq. Bu, bütün dünyada baş verir. Milyonlarla insan pandemiyadan əziyyət çəkir. Həyat, yaşam kütləşib, təhsil dayanıb.

Təhsilin dayanması ilə gələcəyimizi itirmiş oluruq. Savadsızlaşma, manqurtlaşma gedir. Ona görə də düşünmək lazımdır. Qaydalara məsuliyyətlə yanaşmaq lazımdır. Kasıb insanlar nə yeməlidirlər?"

Nadir Qafarzadə karantin qaydalarına əməl etməyi vacib sayıb: "Öncə onu deyim ki, Avropa ölkələrində, lap elə Rusiyada özünü qoruyan insanlar koronavirus yayılmazdan öncə də maskadan istifadə edirdilər. Mən Hindistana gedəndə spirt və maska ilə getmişdim. Bu oranın çirkli olduğuna görə deyildi. Sadəcə özümü qorumaq məqsədi ilə spirt və maskadan istifadə edirdim. Sabah koronavirus qurtarsa, həyat əvvəlki kimi davam etsə yenə də maska taxmalıyıq. Havada toz, çirkab var. Ona görə də spirtdən istifadə etmək, maska taxmaq özünü qorumaq deməkdir.

İşləmirəm və işləmirəmsə, küçədə işim yoxdursa, niyə çöldə gəzməliyəm? Vacib iş yoxdursa, küçədə nə işin var? Mənim uşaqlarım evdə oturublar. Qanun hamı üçündür. Evdə oturaq. Oğlanlarım vacib anlarda SMS-lə icazə alırlar.

Əlcək və maskadan istifadə etməsək karantin rejimi çox uzanacaq. Avropada qayda-qanuna hamı riayət edir. Kaş Avropa düşüncəsi bizim insalarda da olardı".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər