30 İyun 2020 10:57
2 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultan "MTV Azərbaycan" kanalında qonaq olub.

Teleqraf.com xəbər verir ki, Səidə Sultan bu sözləri deyib: "Xəyanət elə bir şeydir ki, heç vaxt bağışlanmamalıdır. Xəyanət yalnız qadın-kişi münasibətinə aid deyil. İnsanlara, cəmiyyətə, vətənə qarşı xəyanət var.

Xəyanət olan yerdə bünövrə çökür. Nura Surinin xəyanət mövzusunda açıqlaması səs-küy yaratdı. Özü elə deyil axı, qısqanc qızdır. Bəzən elə şeylər var ki, qadınları kiçildirik. Allah qadını da, kişini də eyni səviyyədə yaradıb. Bu, çox insanlara sərf eləmir. Deyirlər ki, kişi qadından üstündür və nə istəsə edə bilər. Xeyr, qadın da, kişi də eyni hüquqa malikdirlər. O kişiyə kişi deyərəm ki, xəyanəti ailəsinə, arvadına göstərmir.

Elə kişi var ki, sevgilisi olduqdan sonra həyat yoldaşına dost kimi yanaşır. Bütün hirsini də xanımına tökür. Bir sözlə, kişi xəyanəti qadınına hiss elətdirirsə, o kişi kişi deyil.

Bu həyatdır, xəyanət olub və olacaq da. Əgər qadın iman yolundadırsa, ərini paylaşa bilir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər