30 İyun 2020 11:19
5 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

Teleqraf.com fitnes məşqçisi Kənan Əliyevlə ailə quran Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir:

- Aynişan xanım, xəyanəti bağışlamaq olar?

- Keçə biləcəyim sual deyil. Bəziləri bağışlayır, bəziləri yox.

- Evlilik sevgini azaldır?

- Sevgini heç nə öldürə bilməz. Evlilik isə sevgini daha da artırır. Əgər sevgi artmırsa, deməli, varlığında problem olub.

- Uşaq haqda düşünürsünüzmü?

- Düşünmürük.

- Özünüzdə sevmədiyiniz xarakter nədir?

- Özümü axırıncı plana atmağım...

- Dünyada söyləyəcəyiniz bir kəlmə olsaydı, o, hansı söz olardı?

- Özünüzü sevin.

- Koronavirusun mövcudluğuna inanırsınız?

- Onun haqqında düşünmək istəmirəm. Bezmişəm.

- Depressiyaya düşmüsünüz?

- Depressiya ağır xəstəlikdir. Hər dəfə əhvalı olmayanda depressiyadayam deyənlər də var. Depressiyaya düşməmişəm, amma bundan həkimlərin köməyi ilə çıxmaq olar. Müalicə almaq lazımdır. Bu iş evdə oturub ağlamaqla keçmir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər