30 İyun 2020 13:44
4 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nüşabə Ələsgərli "7 canlı" verilişində şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nüşabə Ələsgərli aparıcının "Həyat yoldaşınızla necə tanış olmusunuz?" sualına maraqlı cavab verib.

"Bizi bir nəfər tanış edib. O, İran vətəndaşı idi. Azərbaycandan Kanadaya gedirdi. Bir müddət mənim sürücüm və cangüdənim oldu. Sonra Kanadaya getdi. Sən demə, mənə aşiq olubmuş. Ayrılıq altı ay çəkdi, Kanadada qala bilmədi və Azərbaycana qayıtdı.

Bu insan qarşısına məqsəd qoymuşdu ki, orada həyatını quracaq. Amma bir də gördüm ki, qayıdıb. Onu görəndə təəccübləndim. Kanadaya getmədən öncə sevgisini hiss etdirmişdi. Amma mən ona dedim ki, olmaz. Mənim övladlarım var, sən subaysan, evlənməlisən və uşaqların olmalıdır. Mən də anayam, istəyərəm ki, oğlum subay bir xanımla evlənsin. Bir ana öz oğlunu sevirsə, başqa anaların da övladlarını sevməlidir. Özümü düşünüm, xoşbəxt olum, yox. Ona görə demişdim ki, bizimki alınmaz".

Qeyd edək ki, Nüşabə Ələsgərlinin ilk nikahından bir oğlu, bir qızı var.


Müəllif: Rəqsanə Həsənova