“Xəzər” televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək.
Teleqraf. com xəbər verir ki, sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəli müğənni Doğuş ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən Doğuş “Xəzər” kanalında şou xarakterli veriliş aparacaq.
Proqramın adı “Doğuş şou” adlanır. Sözügedən veriliş yaxın vaxtlarda start götürəcək.
Qeyd edək ki, Doğuş “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqramın aparıcısı və layihə rəhbəri Xoşqədəm Baxşəliyevanın həyat yoldaşıdır.