1 İyul 2020 12:19
3 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.

Şəhla Bağırzadə Teleqraf.com-a açıqlamasında əməkdar artistin səhhətində irəliləyiş olduğunu bildirib: "Çox şükür, Bəhram Bağırzadənin səhhəti normallaşır. EKMO apararından ayrıldı və yaxın günlərdə süni nəfəs apartından da ayrılacaq. Amma hələ ki koma vəziyyətindir. Ümid edirik ki, yaxşı olacaq".

Qeyd edək ki, Bəhram Bağırzadə iyun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib. Əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər