1 İyul 2020 21:14
2 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımov karantin günlərini necə keçirməsindən danışıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında ailə üzvləri ilə Şamaxıda olduğunu deyib: "Ailəmlə Şamaxıya gəlmişəm. Burada salamatçılıqdır, şükür Allaha, koronavirusa yoluxan yoxdur. Təmiz havada istirahət edirik".

Alim Qasımov pandemiya dövründə insanları məsuliyyətli olmağa və qaydalara riayət etməyə səsləyib: "Hamımız çoxlu dua etməliyik ki, bu bəla tezliklə keçsin. Allah xalqımızı qorusun. Bir az səbrli olaq. Deyilən qaydalara riayət edək. Bildiyimiz kimi spirt, maska və əlcəklə özümüzü və ailəmizi qoruya bilərik. Ümumiyyətlə, insalar özlərini və yaxınlarını qorumalıdırlar".

Xalq artisti onu da əlavə edib ki, yaxınları arasında koronavirusa yoluxan yoxdur: "Allaha çox şükür olsun ki, qohum-əqraba arasında virusa yoluxan yoxdur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər