1 İyul 2020 16:49
2 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova "ATV xəbər"də 14 gün karantində qalmasından danışıb.

Teleqraf.com xəbər verir ki, bu günlərdə köməkçisi koronavirusa yoluxan Aygün Kazımova bu sözləri deyib:

"Çətinlik oldu, amma şükür ki, bu, çox uzun sürmədi. Köməkçim və ailəsi sağaldı, evlərinə döndülər. Biz də sevindik.

Əgər karantində qalmasaydım, özüm risk altında olardım, həm də ətrafımı, yaxınlarımı böyük riskə atmış olardım. Mən gecə-gündüz çalışan həkimlərimizin əlindən öpürəm. Onlara olan təşəkkürümüz sonsuz olmalıdır.

Mən buradan həmvətənlərimə söyləmək istəyirəm ki, əzizlərim, koronavirus bir həqiqətdir, özünüzü, doğmalarınızı qoruyun".


Müəllif: Rəqsanə Həsənova