Türkiyəli məşhur aktyor Ozan Güven sevgilisi Deniz Bulutsuzu döyməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf. com xəbər verir ki, Ozan Güven sevgilisini şikayət edərək məhkəmədə yazılı ifadəsində bu sözləri qeyd edib:
"Deniz Bulutsuz ilə altı aydır ki, münasibətimiz var. Onun dostu ilə görüşdük, o, Denizin keçmiş sevgilisi haqqında danışdı. Evə gəldikdən sonra da Dəniz mənə iynəli söz atmağa başladı. Dənizə dedim ki, üzərimə gəlmə, məsələni uzatmıram, sən də uzatma. Əslində, buna görə mən səndən küsməliyəm. Ona şiddət göstərmədim, əksinə o, mənim üzərimə gəldi. Dırnaqlarıyla üzümü cızdı və məni vurdu".
Aktyor daha sonra sevgilisinin ona iftira atdığına görə cəzalandırılmasını istəyib.
Qeyd edək ki, Deniz Bulutsuz Ozan Güveni onu döyməkdə ittiham etmişdi.