8 Oktyabr 2014 14:32
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Fəxriyyə Evcenin çəkildiyi serialın heyəti ilə arası heç yaxşı deyil.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kurt Seyit və Şura” teleserialı daha yüksək reytinq əldə etmək üçün baş rola dəvət etdiyi aktrisa Fəxriyyə Evcənin çəkiliş heyəti ilə arası düzəlmək bilmir.

Çəkilişə gecikdiyi üçün həmkarı Kıvanç Tatlıtuğu əsəbləşdirən, aktrisa yaxın dostlarına rolu qəbul etdiyinə görə çox peşman olduğunu deyib.

Evcən hətta çəkiliş aralarında vaxtını həmkarları ilə söhbətləşmək əvəzinə, kitab oxumaqla keçirir.
Qeyd edək ki, aktrisanın bundan əvvəl baş rol ifaçısı Fərəh Zeynəb Abdullahla danışmadığı haqda xəbərlər yayılmışdı.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər