6 İyul 2020 15:21
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Baloğlan Əşrəfovun kürəkəninin koronavirusa yoluxması haqda xəbər yayılıb.

Teleqraf.com məsələni dəqiqləşdirmək üçün Baloğlan Əşrəfovla əlaqə saxlayıb, əməkdar artist yayılan məlumatların əssasız olduğunu deyib:

"Allah eləməsin, qızımın həyat yoldaşı koronavirusa yoluxsun. Kürəkənim Travmatologiya İnstitutunda həkim işləyir. Gün ərzində tez-tez onunla danışıram. Yalan xəbərdir. Hətta indi də kürəkənimlə danışdım. Dedi, xəstəxanada eyni adlı başqa həkim koronavirusa yoluxub, o, yox".

Baloğlan Əşrəfov deyib ki, yaxınları arasında koronavirusa yoluxanlar var: "Bu bəladan özümüzü qorumalıyıq. Qaydalara riayət etmək, maska taxmaq lazımdır. Əvvələr buna ironiya ilə yanaşanlar vardı. Mənim yaxınlarım arasında da virusa yoluxan və ölənlər var".


Müəllif: Rəqsanə Həsənova