Tanınmış aparıcı Azər İsmayılov (Zahid) sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Azər Zahid İnstaqramda həyat yoldaşı ilə fotosunu paylaşaraq sosial şəbəkədə istirahət görüntülərini paylaşanlara ismarış göndərib:
"Bu dəqiqələrdə insanlarımız, vətəndaşlarımız daha həssas olmalıdırlar. Mən də bağda, hovuzda və ya dostlarımın bağında əylənib, şəkil çəkdirə bilərəm. Amma bunu etmirəm. Bilirsiniz niyə? Çünki insanlar var ki, evlərində yalnız kondisioner yandırır. Elələri var ki, heç kondisioner də yoxdur. Hər kəs bir-birinə dəstək olmalıdır. Bu çətin günlərin ömrünə az qalıb".
Qeyd edək ki, Azər Zahid üçüncü dəfə evlənib. O, aparıcı Vüsalə Əlizadə və Nəcibə adlı xanımla ailəli olub.
Onun Vüsalə Əlizadə ilə nikahından Dilək adlı qızı var.