10 İyul 2020 00:55
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) bir müddət əvvəl koronavirusa yoluxduğunu açıqlamışdı.

Teleqraf.com xəbər verir ki, sənətçi sağaldığını deyib. O, 10 gündən çox COVID-19-dan müalicə olunduğunu söyləyib.

Ötən gün ifaçı sosial şəbəkədə müalicələrini etdiyini və həkimin ona tam sağaldığını dediyini bildirib. Bahh vurğulayıb ki, yenidən test verib və orqanizmində heç bir virus aşkarlanmayıb.

Qeyd edək ki, Bahh Tee iyunun 30-da İnstaqram səhifəsində koronavirus infeksiyasına yoluxduğunu deyərək, onunla görüşən hər kəsə xəbər vermişdi.


Müəllif: Teleqraf.com