13 İyul 2020 14:29
7 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayeva "ATV maqazin onlarla" verilişində "33 sual" rubrikasına qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, müxbirin "Niyə qadınlar tez-tez saç düzümünü dəyişir?" sualına belə cavab verib: "Həyatımızda hansısa dəyişiklik baş verəndə müsbət və mənfi, birinci növbədə saçlarımızı dəyişirik. Çox qadınlar boşananda və sevgililərindən ayrılanda saçlarını dəyişirlər. Bu mövzuları məndən də soruşurlar".

"Səhnədə müğənni kimi, yoxsa şəxsi həyatda xanım kimi xoşbəxtsiniz?" sualına cavabda xalq artisti hər ikisində xoşbəxt olmaq istədiyini deyib: "Bu gün məni sevənlər var. Həyatda ana və qadın kimi də məmnunam, bu haqda danışmasam da. Təbii ki, həyatımda bəzi məlum hadisələr oldu, gündəmə çıxdım. Qəsdən etməmişdim, bu mənim qara piarım deyildi. Əksinə, bundan çox əziyyət çəkirdim.

Amma ondan sui-istifadə edənlər çox oldu. Sonra başa düşdülər ki, Tünzalə üçün bunlar boş şeydir. Məni mən edən o deyildi, axı.

Tünzalə ailəli idi, həyat yoldaşından ayrıldı. Bu mənim ən çox qara pairımda yer tutan mövzu oldu. Bundan istifadə etdilər, məni gündəmə gətirdilər. Mənəvi əziyyət çəkdim. Amma şükürlər olsun, çıxıb getdi, onun bir izi qalmayıb. Ona keçmiş kimi baxıram".

Tünzalə Ağayeva qızı Fidan haqqında da danışıb: "Qızım yaşında olanda mən çox sözə baxanıdım. Amma Fidanı çox erkən yaşda buraxdığım üçün sərbəst qərarlara önəm verir. Mənim anam sənətçi deyildi, amma onun anası sənətçidir. İlin on iki ayının beş ayını məni görməyib. Nənə-baba himayəsində olub. Sərbəst qərarları var. Məsələn, deyə bilər ki, mama, bu gün bilet aldım, İzmirə gedirəm. O, çox əxlaqlı və öz qərarını bilən bir qızdır".

Tünzalə Ağayeva bir müddət əvvəl həmkarı Rəqsanə İsmayılovanın onun haqqında dediyi "Şokoladları müğənnilərin evinə göndərib reklam etməkdənsə, xalqa kömək etsin" fikrini də şərh edib:

"Aşağı səviyyədə çıxıb efirdən nümayiş olunmaq və mənim ünvanıma şokolad satır və sair demək... Mənə ağıl verməyə ehtiyac yoxdur. Valideynlərim məni o qədər ağıllı tərbiyə ediblər ki, heç kimin məsləhətinə ehtiyac görmürəm. Addımlarımı da, xeyriyyəçi hərəkətimi də bilirəm. Mən Allaha cavab verirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər