16 İyul 2020 11:55
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni-rejissor Xəyal Hüseyn yaradıcılıq yeniliklərindən danışıb.

Teleqraf.com xəbər verir ki, "Yar-yar" mahnısı ilə məşhurlaşan və milyonlarla izləyicisi olan müğənni
yeni mahnı üzərində işlədiyini deyib.

"Pop üslubunda yeni duet üzərində çalışıram. Mahnının adı "O kimdir?" adlanır. Duet ortağım sürpriz olsun. Yaxın günlərdə isə Cabbar Musayevin mahnısını ifa edəcəm. Mahnının sözlərini Elçin Məhərrəmovundur.

İddialıyam və şou-biznesdə özümə rəqib görmürəm. Özüm kimi universal müğənni yoxdur. Ən populyar mahnılarımdan biri özbək mahnısı olan "Yar-yar" adlanır. Mahnı Yutub kanalında üç milyona yaxın izlənilib. Bir neçə müğənni ilə də duet gözlənilir", - deyə ifaçı qeyd edib.

Xəyal Hüseyn onu da söyləyib ki, 2019-cu ildən rejissor kimi fəaliyyət göstərməyə başlayıb: "Bu sahədə bəzi texniki problemlər var idi. Komanda yaratdım və işlərim uğurlu alındı. Bir çox müğənnilərin Damla, Könül Kərimova, Şəbnəm Tovuzlu və başqalarının kliplərini çəkmişəm.

Gələcəkdə bu sahədə də çox işlər görəcəm. Hədəflərim çox böyükdür, iddialıyam. Şərait olsa klip bazarına daha çox töhfələr verəcəm. Rejissor kimi hələ ki klip çəkəcəm, gələcəkdə film sahəsinə də daxil ola bilərəm".

Xəyal Hüseyn qeyd edib ki, Türkiyə şou-biznesinə qatılmağı da düşünür.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər