Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Fox TV"də yayımlanan "Yasak Elma" serialının çəkilişlərindən şikayət edib.
Teleqraf.com xəbər verir ki, pandemiya dövründən sonra yenidən serial çəkilişlərinin başladığını bildirən Nəsrin Cavadzadə İnstaqramda bu sözləri yazıb: "İş həyatına geri döndük. Gündə 12 saat çəkiliş. Yalan, intriqa, intiqam adamı yorur".
Qeyd edək ki, Nəsrin Cavadzadə serialda Şahika obrazını canlandırır.