Müğənni Xəyyam Nisanov da könüllü olaraq hərbi xidmətə getmək üçün müraciət edib.
Teleqraf.com xəbər verir ki, Xəyyam Nisanov bu haqda sosial şəbəkədə məlumat verib: "Əslində, heç kimə heç nəyi sübut etmək fikrim yoxdur. Sadəcə ölkəmin əsgəriyəm və bu dəqiqələrdə düşmənlə üz-üzə dayanan ordumuza dəstəyəm".