Türkiyənin məşhur cütlüyü İsmayıl Hacıoğlu ilə Duygu Kumarki rəsmi olaraq dörd illik evliliklərinə son qoyublar.
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl ayrılıq qərarı verən cütlük məhkəmədə 10 dəqiqəlik iclasda verilən qərarla boşanıblar.
Duygu Kumarki mətbuata açıqlamasında İsmayıl Hacıoğlu ilə ayrılsa da dostluq münasibətini qoruyub saxladığını bildirib.
Cütlüyün üç yaşında Yəmin adlı qızı var.