20 İyul 2020 12:00
3 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Vüsalə Əlizadə İnstaqramda bu sözləri yazıb: "Son yaşadıqlarımız çox çətin, ağır, təsirlidir. Neçə gündür ölkənin bu durumundan sui-istifadə edib, özünü reklam edənlər isə artıq ürək bulandırır. Siz Allah bəsdirin, nifrət doğuran hərəkətlərinizi heç olmasa bu günlərdə ört-basdır edin ki, düşmən bizə baxıb gülməsin.

Hər yerin pisi də, yaxşısı da var, meşə çaqqalsız olmaz. Amma vətəni qorumaq kimi şərəfli peşə kişilərin işidir. Özünü qoruya bilməyənlər Vətəni qorumağa gedir. Yəni bu xalq o qədər aciz qaldı ki, sizə ümüd oldu?

Paylaşımı zəifləyib, reklamı ölən silikonlu gözəlçələr, "Kalaşnikov"un şəklini belə görməyən gədələr, "hərbi xidmətə yararsız" kağızı almaq üçün min hoqqadan çıxanlar... Hərbi komissarlığın önündə şəkil çəkdirib, özünüzə oxşayan yalançı xəbər səhifələrini işlədən üzdəniraq "bacişka"larınıza "Qəhrəman" başlıqlarla xəbər yazdırıb, Azərbaycanın adını batırmayın.

Bu millət, bu vətən uğrunda igid oğullar itirib, onların qanı ilə yoğrulan torpağı cılızlaşdırmayın. Müharibə olsun demək dildə asandı, səngərdə olub güllə səsi eşitsəniz, dizləriniz çat verər. Bu vətənə qeyrətli oğullarımız yetərlidir. Abrınız-həyanız olsun, şəhid ailələrinə hörmət edin. Analardan, bacılardan, gəlinlərdən, uşaqlardan utanın. Yığışdırın bu rəzilliyi".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər