ABŞ prezidentliyinə namizəd repçi, erməni əsilli model Kim Kardaşyanın həyat yoldaşı Kanye Uest ilk qızları Nort üçün abortu düşündüklərini etiraf edib.
Teleqraf.com xəbər verir ki, Uest özünün əvvəlcə bu uşağı istəmədiyini bildirib.
“Kim mənə zəng etdi və hamilə olduğunu dedi. Qışqıraraq ağlayırdı. Onda Parisdə idim, kompüterimin ekranı qaraldı və geri gəldi. Amma sonra Kimə zəng etdim və bu uşağı dünyaya gətirəcəyimizi dedim”, - repçi qeyd edib.
Uest Kardaşyanın onun istəyindən sonra bətndə olan uşağı öldürmək üçün həb qəbul etməyə hazırlaşdığını da diqqətə çatdırıb: “Ola bilsin ki, bu sözlərimdən sonra məni boşasın: Mən az qala uşağımın ölümünə səbəb olacaqdım. Mənim atam da abort istəmişdi, anam həyatımı xilas etdi. Çünki atam çox məşğul idi”.