22 İyul 2020 11:02
3 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

İTV-nin xəbərlər proqramının aparıcısı Alidə Mustafayeva sosial şəbəkədə Milli Mətbuat Günü münasibətilə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Alidə Mustafayeva İnstaqramda bu sözləri yazıb:

"Bundan sonra beş dəfə dünyaya gəlsəm, yenə bu peşəni seçərdim. Bu sözü o qədər əminliklə deyə bilirəm ki... Çünki mən tam ordayam, istədiyim yerdəyəm.11 ildir bu günü peşə bayramı kimi qeyd edirəm. Əldə etdiyim mükafat isə sizin sevginiz, diqqətiniz və hörmətinizdir ki, onu da tanışlıqla almaq olmur.

Əziz həmkarlar, günümüz mübarək, bu bizim günümüzdür".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər