22 İyul 2020 11:27
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verilib.

Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf. com-a açıqlamasında bildirib ki, Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağırdır, stabildir:

"Udqunma və qidalanmada narahatlıq müşahidə edilmir. Fəaldır, ayağa qalxır, hərəkət edir. Xəstənin tənəffüsü fizioloji yol vasitəsilə - burun və ağızladır.

Ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsini nəzərə alaraq infesksionistlərin iştirakı ilə aparılan müalicədə müvafiq dəyişiklər edilib".

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər