22 İyul 2020 16:06
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

"50 nəfər biz, 5 min onlar... Özləri kimi ikinci şərəfsiz millət yoxdur. Uşaqların telefonlarını da oğurladılar. Buzlu su olan butulkalar da gətirmişdilər. Düzü, onların bizi blokadaya almasına polis şərait yaratdı. Bəzilərinin üstündə silah da vardı. Buzlu butulkanın biri başıma dəydi. Şükür, ölüm və polisə düşən olmadı".

Teleqraf.com xəbər verir ki, bu sözləri Amerikada yaşayan müğənni Səbinə Əsgərova İnstaqramda yazıb.

O, ABŞ-da ermənilərin Azərbaycan Baş Konsulluğuna hücumu zamanı mitinqdə iştirak etiyini və xəsarət aldığını bildirib: "Hər nə olur-olsun, problem yoxdur. Əksinə bu vəziyyətdən maksimum öz xeyrimizə istifadə etməliyik. Belə bir hadisənin təkrarlanacağını bilsəm yenə ora gedərəm. Sonuna qədər dayandıq. Dağılışıb evimizə gedəndə dörd tərfədən üstümüzə neçə min adam töküldü.

Bu vəhşilikdir və burada yaşayan bir çox azərbaycanlıların da bu günki mitinqdən xəbəri olmayıb".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər