24 İyul 2020 15:44
1 368

"Hamı kimi mən də Los-Ancelesdə, Brüsseldə həmvətənlilərimizin alçaqcasına döyülməsi görüntüsünü gözü yaşlı izlədim".

Teleqraf.com xəbər verir ki, bu sözləri Feysbukda məşhur diktor və aparıcı Nailə İslamzadə yazıb.

O, ermənilərin bizi bilərəkdən təxribata çəkdklərini deyib: "Azərbancan xalqında heç zaman indiki kimi birlik olmamışdı. Heç zaman dünya qüvvələri bu qədər tərəfimizi saxlamamışdı. Ermənilər bunu anlayır və bizi təxribata çəkmək, haqlı olduğumuz halda haqsız göstərmək istəyirlər.

Onlara hamımızın nifrəti var, emosiya hamımızı bürüyüb, amma qeyri-qanuni addımlar atmayaq, qoy məsələ hüquqi müstəvidə həll olunsun. Onların bu alçaqlığını öz xeyrimizə çevirək, başqa millətlərdən daha çox dost toplayaq. Qoy onlara hüquqi cəzaı verilsin!

O görüntülər ürəyimizi göynədir, amma birinin üstünə on adam düşüb döyməklə erməni savaşı açmaq lazım deyil, savaş buradadı, torpaqlarımızı işğaldan azad edərik, inşallah!"


Müəllif: Rəqsanə Həsənova