25 İyul 2020 17:36
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Könül Nağıyeva sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Könül Nağıyeva İnstaqramda bu sözləri yazıb:

"Tam bir ay öncə oğlum Muradla Bodruma yola çıxdım. Əlimdə sadəcə karantin vaxtında yazdığım bir hekayə vardı. İstirahətimiz gözəl keçirdi, ilk filmimiz ilə bağlı gözəl xəbərlər aldım. Amma iki gün sonra Azərbaycandakı müharibə, Türkiyədə qadınlara qarşı şiddət hadisələri mənə də hər kəs kimi pis təsir etdi. Bu gün İstanbula 102 səhifə ilə dönürəm, həyəcanlıyam. İndi bizi nələr gözləyir. Həyat hər an dəyişir, gah gülür, gah da ağlayıq. Amma unutmayaq ki, yaşadığımız bu dünya bizə aiddir. Ona görə də niyyətlərimizə diqqət edək. Bu dünya nifrətlə və hökm ilə deyil, məsuliyyətlə dəyişir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər