Siz həqiqətən həmin Osmanın qızısınız? Sevinc xanım, dünyanın bütün ölkələrində, hər bir xalqın nümayəndələri bir yerə toplaşıb, sivil yolla istənilən hadisəyə öz etirazlarını bildirmək haqqına malikdirlər. Şəxsən bu situasiyada sizin “humanizminizi” nümayiş etdirməniz məni ağlatdı. Atanız üçün ürəkdən ağlamışdım. İndiki göz yaşım isə atanızın ruhunu, vətəninə sevgisini, yaralarını qanatdığınız üçündür.
Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Sevinc Osmanqızı haqqında deyib:
“Mən də musiqimizi qarmonda ifa edən, dinc əhali nümayəndəsi olan erməni əsilli qarmon ifaçısına “Super” yazıb bəyənmişəm. Lakin bayrağımı ayağ altına atıb, şəhidimizin şəklini tapdalayan şərəfsizin gözlərini dırnaqlarımla çıxardardım. Qadın olduğuma baxmayaraq onun başına qonub ətini didərdim.
Kürəyində “Asala” yazılan terorçular tərəfindən metro partlayışında dinc əhali, ana-bacı qardaşlarımızla birlikdə həyatını itirmiş görkəmli musiqiçimiz Rafiq Babayevin orkesti ilə günlərin birində Amerikaya konsertə getmişdik. Təyyarədən enərkən sərnişinlərdən biri soruşdu ki, “siz azərbaycanlısız?” Biz “Bəli” dedik. O, bizi “sıqan” adlandırdı. Bizim onunla heç bir işimiz olmadığı halda bizi təhqir etdi”.
Xalq artisti qeyd edib ki, savaş yalnız səngərdə deyil, alçaq insanların azərbaycanlılara sataşdığı hər yerdədir.