Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadə "Planet Parni iz Baku" komandası ilə bir araya gəlib
Teleqraf. com xəbər verir ki, əməkdar artistlər Tahir İmanov və Cabir İmanov sosial şəbəkədə Bəhram Bağırzadə ilə fotolarını paylaşaraq "Nəhayət ki, Bəhram Bağırzadə yenə aramızdadır. Hamıya dəstək üçün təşəkkür edirəm. Hər birinizə can sağlığı, Allahdan şəfa diləyirik" - deyə, qeyd ediblər.
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.