10 Oktyabr 2014 19:26
5 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözəlliyi ilə seçilən Hollivudun ulduzu Meqan Fox (Megan Fox) “seks simvolu” olaraq xatırlanmaqdan sıxıldığını söyləyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meqan həyat yoldaşı ilə istirahətini davam etdirir. Ailəsinə daha çox vaxt ayırmağa çalışdığını bildirən aktrisa maraqlı açıqlamalar verib.

“Kompyuter oyunlarını çox sevirəm. Oğlum Nuh doğulandan sonra isə oyunlar üçün vaxtım qalmır, az qala bütün vaxtımı onunla keçirirəm. Aktrisalıq etməyi də çox sevirəm amma ilk növbədə ana olaraq oğlumla maraqlanmağa çalışıram".

Ana olan aktrisa gecə klubuna getmədiyini də bildirib.

“Ümumiyyətlə çölə çox çıxmıram. İnanmayacaqsınız amma gecə həyatı yerinə evimdə qalıb kompyuter oyunları oynamağı üstünlük verirəm. Onsuz spirtli içkiləridə xoşlanmıram. Gecə klublarına gedib içki içən insanların bunu yalnız seks üçün etdiklərini düşünürəm. Evdə də vaxtımın çoxunu oğlumla keçirdiyim üçün yatağa yalnız istirahət və dincəlmək üçün girirəm”.

Teleqraf.com məşhur aktrisanın fotolarını təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər