9 Avqust 2020 01:29
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur model Tülin Şahini həyat yoldaşı, Portuqaliyalı iş adamı Pedro de Noronha məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, Pedro de Noronha qızı Siena Leylanı səs və video zəngləri ilə görmək istədiyini, lakin cavab ala bilmədiyini deyərək Tülin Şahinə qarşı iddia qaldırıb.

O, Tülin Şahinlə rəsmi nikahlarının olmadığını və münasibətlərinə də son qoyduqlarını bildirib.

Belə ki, məhkəmə iş adamının hər ayın ilk yeddi günü saat 12.00 ilə 17.00 arasında qızını görə bilməsinə qərar verib.

Qeyd edək ki, Tülin Şahin Pedro de Noronha ilə 2019-cu ildə evlənmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər