11 Avqust 2020 14:40
4 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış blogger Aysel Şükürova sosial şəbəkədə həyat yoldaşı Oqtay Əhmədovdan ayrılmasının səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Aysel Şükürova sosial şəbəkədə video paylaşaraq həyat yoldaşının ona xəyanət etdiyini bildirib:

"Çox pisəm. Hər şey sübut və faktlarla məndə var. Bildiklərim çox şey var, açıb-ağartmıram. Mən deyirdim ki, özümə qarşı xəyanət görsəm, bu iş bitəcək. Bunları da faktlarla hamı mənə göndərib".

Belə ki, bundan sonra Oqtay Əhmədovun Aysel Şükürovanın ittihamlarına cavabı gecikməyib.

O, sosial şəbəkədə "Mən sakit dururam və bu demək deyil ki, kimsə barəmdə artıq-əskik yazsın və ağzımı açmayım. Mən kimsə deyiləm, çıxım ağzıma gələni danışım, şər-böhtan atım, özümü yaxşı göstərim?!" - deyə, qeyd edib.

Qeyd edək ki, Aysel Şükürova ilə Oqtay Əhmədov 400 minlik toyları ilə gündəmdə idilər. Cütlüyün əkiz övladları var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər