Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədə tənqid edilib.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu İnstaqramda foto paylaşaraq "Bəziləri rayon adı gələndə elə danışır ki, düşünürsən, rayon sakinləri buna nə edib? Amma bir onu bilirəm ki, rayonda olan saflıq, huzur, rahatlıq, sağlamlıq nəyə desən dəyər. Qurban olum vətənimin bütün rayonlarına. Bəli, mən kənd qızıyam, bununla da qürur duyuram" şərhini yazıb.
Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Şəbəkə istifadəçisi ifaçının statusuna "Adətən, rayonlular şəhərə gələndə irəli gedirlər, evli, maşınlı, pullu olurlar"-deyə, cavab verib.
Bundan əsəbləşən müğənni "Narahat olmayın, rayonlular ciblərində pulla gəlir. Burada da, orada da pullu və super yaşayırlar" - deyib.