Aparıcı, "Bozbash pictures"in rəhbəri İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Ayselin qızı Alisa haqda yazdığı sözlər maraqla qarşılanıb.
"Hər addımımı, atdığım yolun xoşbəxtliyə çıxmasını arzulamışam. Nə olursa olsun, sonu sevgi olsun. Həyatımı xoşbəxt davam etmək üçün ehtiyac olarsa, ayağımı əzən daşları də əzib keçəcəm. Qızımın da mənim xarakterimdə olmasını çox istəyirdim. Kaş ki, hər şeyi sevgi ilə, məcburiyyət olmadan etsin".
Qeyd edək ki, cütlüyün Alisa adlı bir qızı var.