Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda Belarus prezidenti Aleksandr Lukaşenkonun videosunu paylaşaraq bu sözləri yazıb:
"Dostlar, adını yazmaq istəmədiyim bir çox ölkələrin təcrübəsindən görmüşük, Qəddafini belə dəstəkləməyən əhali sonradan nə əziyyətlər görüb səhvlərini anladı.
Amma heyif ki, sonrakı peşmançılıq fayda vermir. Allah dünyamızı da - bizim balaca və lakin çoxlarının gözü götürməyən ölkəmizi də qorusun".