Müğənni Xuraman Şuşalı həyat yoldaşı, rejissor Elçin Məmmədov ilə evliliyinin onuncu ilini qeyd edib.
Teleqraf.com xəbər verir ki, Xuraman Şuşalı həmin münasibətlə bu sözləri deyib:
"Ən çətin sahib olunan şey gözəl və huzurlu bir yuvadır. Ən asan dağılan şey də yuvadır. Onu fırtınadan, çirkabdan, yağmurdan qorumaq üçün sahib çıxmaq lazımdır. Ailəyə düşkünlüyümüz nə qədər çox olarsa, övladımız da bizə o qədər düşkün olar.
Ailədən nə qədər çox sevgi alıb, paylaşarıqsa, uşaqlarımız ətrafa o qədər sevgi yansıdar. Həyatda ən dəyərli şeyin nə pul, nə mal, nə mülk deyil, sahib olduğumuz tək dəyərli ailə olduğunu bilib, onu itirməmək üçün əlimizdən gələni əsirgərəmiksə, həqiqi ailəyə sahib ola bilərik. Allah hər kəsə sağlam, bütöv, həqiqi ailə olmağı nəsib etsin, ailəsi olmayanlara da ailə qurmaq nəsib olsun. Çünki ailə həm də ibadətin yarısıdır, digər yarısı isə çalışmaqdır".
Qeyd edək ki, Xuraman Şuşalı və Elçin Məmmədovun dörd övladı var.