Müğənni Niyam Salami karantin qaydalarını pozub.
Teleqraf.com xəbər verir ki, Niyam Salami məkanların birində dostunun doğum gününə qatılıb.
Doğum günündən video paylaşan Niyam Salami "Əmi uşaqları və sinif yoldaşlarım...Allah var eləsin"-deyə, qeyd edib.
Belə ki, doğum günündə on nəfərdən çox qonaq iştirak edib.
Sözügedən videonu təqdim edirik:
Qeyd edək ki, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ictimai yerlərdə beş nəfərdən ibarət adamın bir yerə toplaşması qadağandır.