Məşhur stilist Anar Ağakişiyev ilə aparıcı Afaq Gəncəli arasında qalmaqal yaşanıb.
Teleqraf.com xəbər verir ki, Anar Ağakişiyev İnstaqramda hekayə bölümündə Afaq Gəncəlinin arxiv fotosunu yayaraq bu sözləri qeyd edib:
"Buyurun dostlar, sizə dəb üzrə yeni ekspert təqdim edirəm. Mən artıq imtina edirəm. Dəb haqqında danışır, amma özünün 10-15 il öncə görünüşünü və obrazını bütövlüklə incələsək nəticə göz qabağındadır. Geyimi, saç düzümü, sırğası və makiyajı hamısı bir-birini tamamlayır. Məncə "gülünclük" ikonudur".
Daha sonra Anar Ağakişiyev Afaq Gəncəli haqqında paylaşımını prodüser Tarix (Tolik) Əliyevin xahişi ilə silib:
"Qurban olasınız, 20 illik dostum Tolikə. Yalnız onun xahişi ilə paylaşımı sildim. Amma silsəm də nə fayda, hekayə bölümünə 100 mindən çox baxış sayı gəlib. Bilsəm ki, orada-burada məndən danışırsınız və müzakirə edirsiniz sizə bundan betərini yazacam".