Rusiyada məşhur olan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) haqqında keçmiş həyat yoldaşı Fərqanə Həsənova bir çox ittihamlar səsləndirib.
Teleqraf.com xəbər verir ki, Fərqanə Həsənova yaxın günlərdə ikinci dəfə evlənməyə hazırlaşan Bəxtiyar Əliyevin ona evlilik müddətində şiddət göstərdiyini açıqlayıb:
"Problemlərimiz bal ayında başladı, çox qorxdum və nə edəcəyimi bilmirdim. Bu haqda heç kimə heç nə demədim. Bəli, mən mələk deyiləm, amma şiddət dəhşətlidir.
Bəxtiyarın ciddi psixoloji problemləri var. Əsəbləşəndə şiddət ilə yanaşı yüksək səslə qışqırırdı. Saçlarımdan tutub məni döşəməyə sürükləyir və qollarımı büküb, qışqırırdı. İntihar etməyi düşünürdüm. Üç illik evliliyimiz müddətində tez-tez xəstələnib həkimlərə müraciət edirdim.
Onun bir çox kompleksləri var idi və ona özündən başqa heç kim lazım deyildi. Əsəbdən kəkələməyə başlamışdım və buna görə özümdən utanırdım. Sonra psixoloqa getdim. Altı aydan sonra normal vəziyyətə qayıtdım".
Fərqanə Həsənova onu da deyib ki, Bəxtiyar Əliyev ilə münasibətini bərpa etmək istəyib:
"Mən yalvarırdım ki, münasibətimizi yenidən bərpa edək. O mənim ilk sevdiyim şəxs olub.
O, mənə zəng edib, yazmağı dayandırdı. Mən Novosibirskdə olduğum müddətdə mənzilimi dəyişdim, yenə evə köçdüm və ona özüm haqqında heç bir məlumat vermədim. Mən Moskvaya qayıtmaq istəyirdim, o, mənə dedi ki, gəlmə. Deməli, o artıq məni başqa xanımlar dəyişmişdi. Hətta mən Novosibirskidə olanda rəfiqəmlə xəyanət edirdi".
Qeyd edək ki, Bəxtiyar Əliyev yaxın günlərdə Səidə adlı xanımla ikinci dəfə nigah masasına əyləşib.