Ana olmasına saylı günlər qalan Türkiyənin məşhur aktrisası Sinem Kobal ilk dəfə görüntülənib.
Teleqraf.com xəbər verir ki, Sinem Kobal həyat yoldaşı, aktyor Kənan İmirzalıoğlu ilə klinikaların birindən çıxarkən obyektivlərə tuş gəlib.
O, media nümayəndələrinə "Hər şey yaxşıdır", - deyə cavab verib.
Kənan İmirzalıoğlu isə bu sözləri deyib: "Ana olmasına iki ay qaldı. Allah nəzərdən qorusun".