Xalq artisti Emin Ağalarov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 11 yaşlı oğlu Əli Ağalarov Rusiya mediasına müsahibə verib.
Teleqraf.com həmin müsahibəni təqdim edir:
- Əli, "Еду на капоте" adlı ilk klipinizi təqdim etdiniz. Niyə məhz rep janrını seçdiniz?
- Mən bütün musiqi janrlarını sevirəm. Hazırda rep janrı daha populyardır.
- Biz bilirik ki, siz Pharaoh ( Faraon), Eldjey və Morqenşterni çox sevirsiniz. Kiminlə duet oxumaq istərdiniz?
- Morqenştern ilə duet oxumaq istəyərəm. Çünki hazırda onun musiqilərini daha çox dinləyirəm.
- Musiqiyə sevginiz necə yarandı? Bu, sizdə müəllimlər və ailə tərəfindən aşılandı yoxsa öz daxilinizdə yarandı?
- Düzünü desəm, uşaqlıqdan bəri musiqi dinləyirəm. Beş-altı yaşım olanda Şakiranin mahnılarına qulaq asırdım. Hazırda rus ifaçılarını daha çox sevirəm. Amma Maykl Cekson və Şakira da sevdiyim müğənnilər sırasındadır. Mənim maraqlı musiqi zövqüm var.
- Musiqi ilə bağlı hər hansı bir gülməli, maraqlı hadisə yaşamısınızmı?
- Açığı, hələ belə hallarım olmayıb. Ancaq gələcəkdə komik bir şey ola bilər.
- Azərbaycan ifaçılarından kimi dinləyirsiniz?
- Atamın mahnılarına qulaq asıram. Atam bir nömrədir. Həmişə mənim üçün bir nömrəli olub və olacaq.
- Hər il Bakıda "Jara" Beynəlxalq Musiqi Festivalı baş tutur. Siz jurnalistlərin və fanatlarınızın diqqət mərkəzində olursunuz. Festivalda hansı müğənnilərin çıxışını gözləyirsiniz?
- Düzünü desəm, diqqət çox xoşuma gəlir. Hər uşaq çox diqqət verilməyi sevir.
Jurnalistlərin diqqətini çox sevirəm. "Jara" festivalına gəlincə bir çox müğənnilərin çıxış etməsini istəyirəm.
- Yaxın vaxtlarda azərbaycanlı modelyer Faiq Kərimlə birlikdə hazırladığınız geyim markanızı satışa çıxaracaqsınız. Geyim kolleksiyanız haqqında nə deyə bilərsiniz?
- Marka "CENET" adlanır və ilk kolleksiyamızdır. Hər kəs üçün əlçatan və keyfiyyətli bir marka təqdim etmək istəyirəm. Və geyimlər bahalı olmayacaq.
- Məktəbdə necə oxuyursunuz? Hansı fənləri sevirsiniz?
- Ən çox sevdiyim dram və rəsmdir. Son bir ildə koronavirusa görə dərslərimiz onlayn keçirildi, öyrənmək daha asan oldu.
- Sosial şəbəkələrdə çox vaxt keçirirsiniz? Hansı kitabları oxumağı və hansı filmləri izləməyi sevirsiniz?
- "Harri Potter" kitabını oxumağı çox sevirəm. Ümumiyyətlə, kitab oxumağı sevirəm və mənə maraqlı gəlir. Filmlərdən isə "Звездные войны" (Ulduz müharibələri) ekran əsərini izləyirəm.
Sosial şəbəkələrdən isə İnstaqram və Yutubdan istifadə edirəm.