Xəbər verdiyimiz kimi rəqqasə Aytən Əliyevanın avtomobilinin şüşəsini sındırıblar.
Teleqraf.com-a açıqlamasında o, avtomobilinə hücum edən şəxsdən hüquq-mühafizə orqanlarına şikayət etmədiyini vurğulayıb:
"Polisə şikayət etmədim. Çünki pis dövrdür. Sadəcə ərizə yazdım. Çünki avtomobilin içindən heç nə götürməyiblər. Ola bilər, bunu uşaq edib. Heç kimdən şübhələnmirəm, bağ evindəyəm. Altı aydır Türkiyədə idim. Üç gündür gəlmişəm və bağda dincəlirəm. Bağım elə bir yerdə yerləşir ki, gediş-gəliş azdı. Avtomobildə şəxsiyyət vəsiqəsi və başqa sənədlərim vardı, pul yox idi. Avtomobilin təhlükəsizlik siqnalı işə düşüb və qaçıblar. Hər hansı video-görüntü yoxdur.
Polis İnstaqramdakı paylaşımımdan sonra gəldi. Mənə bildirdilər ki, ərizə yazmalısınız. Mən də ərizə yazdım, amma şikayət etmədim. Çünki mənə külli miqdarda zərər dəyməyib. Əgər avtomobilimdən 50-200 manat götürsəydilər də, şikayət etməzdim. Maşının şüşəsi sınıb, 100-150 manat zərəri var. Bu o qədər də önəmli deyil. Belə iş tək mənim başına gəlmir.
Bağ evində çox yaşayan deyiləm. Abtomobilim həyətdə idi, artıq içəridə saxlayıram".
Rəqqasə onu da deyib ki, martın 9-dan Türkiyədə olub: "Pandemiyaya görə geriyə uçuş olmadı. Üç dəfə biletim batdı. Orada ayaqqabı biznesi ilə məşğul oldum, fabriklərlə danışdım".