Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, İlqarə Kazımova İnstaqramda bu sözləri yazıb: "Dəniz ver" mahnısını çimərliklər bağlı hazırlamışdıq. Uzun müddət davam edən karantin rejimi hər birimizi yordu. Bilirəm çətindir. Metro belə bağlıdır. Bəlkə metro ilə bağlı bir mahnı hazırlayaq?"
Qeyd edək ki, İlqarə Kazımova yaxın günlərdə müğənni Elnur Hüseynovla "Dəniz ver" duetini təqdim edib.